SON DƏQİQƏ
» » Prezidentin tapşırığı ilə gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb

Prezidentin tapşırığı ilə gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb

Tarix:

1-12-2017, 15:48

/ 1 746 dəfə oxundu.
Prezidentin tapşırığı ilə gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb

"Prezidenti İlham Əliyev tərəfindən ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə düzəliş edilib. Düzəlişə əsasən gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb".
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.
 
Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".(APA)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ