SON DƏQİQƏ

Dövlət bayrağımız qürur mənbəyimizdir

Tarix:

9-11-2017, 21:59

/ 1 259 dəfə oxundu.
Dövlət bayrağımız qürur mənbəyimizdir

Gunaz.az-ın əməkdaşının da iştirak etdiyi, Pirallahı rayon Yavər Əliyev adına 235 saylı tam orta məktəbdə bütün kollektivin qatıldığı bayram tədbiri rəngarəngliyi ilə göz oxşayıb.

Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edilib.Dövlət bayrağımız qürur mənbəyimizdir

 Tədbirdə 1990-cı ildə ölkəmizdə baş verən hadisələr xatırlanaraq, 70 ildən sonra üçrəngli bayrağımızın Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunmasından, Azərbaycan Ali Soveti qarşısında bununla bağlı vəsatət qaldırılmasından danışılıb. 

Xüsusi ilə diqqətə çatdırılıb ki, prezident İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. 

Daha sonra şagirdlərin ifasında vətənpərvər mahnılar, rəqslərlə tədbir davam edib. Bayraqların yuxarı qalxaraq dalğalanması  izləyicilərdə dərin təəssürat yaradıb. 

[media=http://]https://youtu.be/Pl_fcOnHmoU]

Dövlət bayrağımız qürur mənbəyimizdir

 

 

Dövlət bayrağımız qürur mənbəyimizdir

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ