SON DƏQİQƏ
» » Sülhməramlılarımız Əfqanıstandan qayıtdılar

Sülhməramlılarımız Əfqanıstandan qayıtdılar

Tarix:

26-10-2017, 13:19

/ 806 dəfə oxundu.
Sülhməramlılarımız Əfqanıstandan qayıtdılar

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 50 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Bu barədə  Müdafiə Nazirliyindən Gunaz.az-a məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-də başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ