SON DƏQİQƏ
» » Kanallar Hüseyn Cavidlə bağlı tədbirə gəlmədi - Foto

Kanallar Hüseyn Cavidlə bağlı tədbirə gəlmədi - Foto

Tarix:

25-10-2017, 18:37

/ 1 163 dəfə oxundu.
Kanallar Hüseyn Cavidlə bağlı tədbirə gəlmədi - Foto

Azərbaycan Yazıçılar Birliyində görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibəti ilə tədbir keçirilib.

Kult.az xəbər verir ki, böyük şairə həsr olunmuş tədbiri Yazıçılar Birliyinin katibi İlqar Fəhmi açıb. Daha sonra çıxış edən “Hüseyn Cavid ədəbi məclisi”nin sədri, şair Kəmaləddin Qədim Hüseyn Cavid yaradıcılığına ölkə rəhbərliyi tərəfindən verilən diqqətin təqdirəlayiq olduğunu bildirib:

“Lakin təəssüf ki, Hüseyn Cavidlə bağlı tədbirə dəvətnamə göndərilsə də, heç bir televiziya kanalı və bəzi mötəbər təşkilatların, qurumların nümayəndələri burda iştirak etmir”.

1982-ci ildə Hüseyn Cavidin nəşini Sibirdən vətənə gətirən komissiyanın sədri Həmid Cəfərov isə sözügedən tarixi olayla bağlı məlumat verib:

“O dövrlərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev komissiya yaradaraq, Sov. İKP MK-nın Baş katibi Leonid Brejnevə və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropova müraciət etdi. Tapşırığa əsasən Hüseyn Cavidin nəşi vətənə gətirildi. Bu, əlamətdar hadisə idi”.

Yazıçı-alim Nizami Muradoğlu da çıxışında Hüseyn Cavid dühasından danışıb.

Şairlər Adilə Nəzər, Faiq Balabəyli, Şəfiqə Şəfa, Fərqanə Mehdi, Aləmzər Sadiqqızı, Əhməd Qəşəmoğlu, Mirkazım Ağa, İltimas Səmimi, İlqar Türkoğlu, Kənan Hacı, Arzu Nehrəmli isə öz şeirlərini səsləndiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqda sərəncam imzalayıb.

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ