SON DƏQİQƏ
» » Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb

Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb

Tarix:

12-10-2017, 23:20

/ 1 420 dəfə oxundu.
Qərb Universitetində isveçrəli turizm mütəxəssisinin seminarları başlayıb

Qərb Universitetində turizm sahəsi üzrə mütəxəssis Sophie Gerardın seminarları başlayıb.

İsveçrəli ekspert universitetin turizm ixtisasında təhsil alan tələbələr üçün turizm və ekoturizm sahəsindəki inkişaf dinamikası, yeniliklər, problemlər və perspektivlər barədə master-klasslar təqdim edir. Mütəxəssis xüsusilə Fransa və İsveçrə təcrübəsi barədə praktik məlumatları tələbələrin diqqətinə çatdırır.

Qeyd edək ki, Qərb Universiteti ölkəmizdə turizm ixtisası üzrə mütəxəssis hazırlayan ilk təhsil ocağıdır və bu istiqamət üzrə böyük təcrübəyə malikdir.

Qərb Universitetindəbu ixtisas universitetin yarandığı ilk illərdə Şotlandiyanın Kraliça Marqaret Universiteti Kolleci və İrlandiyanın Dublin Texnologiya İnstitutunun metodiki dəstəyi ilə formalaşdırılıb.  Daha sonra ixtisasın tədrisi bu və Avropanın bir sıra aparıcı universitetlərinin proqramlarına uyğunlaşdırılaraq təkmilləşdirilib. 
Eyni zamanda Qərb Universiteti "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvüdür.

Universitet turizm, xüsusilə dağ turizmi ilə bağlı bir çox yerli və beynəlxalq tədbirlərə də evsahibliyi edir, nüfuzlu xarici universitetlərin mütəxəssislərinin iştirakı ilə tələbələr və müəllim heyəti üçün təlim və seminarlar təşkil edir.

Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun tədqiqat işləri eyni zamanda dağ turizminin bir çox aspektləri ilə bağlı inkişaf dinamikasını, perspektivləri izləməyə imkan verir və tələbələrin yeniliklərdən operativ olaraq xəbər tutmasına şərait yaradır.

Böyük Britaniyanın Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi” ilə həyata keçirilən tərəfdaşlıq çərçivəsində məhz turizm sahəsi üzrə ikili diplom proqramı həyata keçirilir. Əməkdaşlıq çərçivəsində tələbələr bir il ərzində Sinqapurda 8 intensiv modul keçib, bu ölkənin tanınmış otel və kurortlarında təcrübə proqramında iştirak edə bilirlər. Proqram turizm sahəsində təhsil alan tələbələrə 4 ilin yekununda hər iki universitetin diplomunu əldə etməyə imkan verir.

Məlumat üçün bildirək ki, Qərb Universiteti turizm sahəsi üzrə təhsil alan tələbələrin praktik biliklərə yiyələnməsi üçün müvafiq qurumlarda, turizm şirkətlərində, otellərdə təcrübə keçməsini təmin edir. Bu, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlara yiyələnməsi baxımından olduqca əhəmiyyətli rol oynayır. Universitetin Tələbə Koordinasiya Mərkəzinin məlumatına görə isə təcrübə keçdikləri müəssisələrdə iş təklifi alan, karyerasını həmin müəssisələrdə qurmağa başlayan xeyli sayda tələbə var. Bu isə, şübhəsiz ki, tələbələrin özlərini yaxşı tərəfdən göstərməsinin nəticəsidir.

Gunaz.az

 
 
 
 
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ