SON DƏQİQƏ

AMEA-ya yeni şöbə müdiri təyin edildi

Tarix:

11-10-2017, 21:01

/ 786 dəfə oxundu.
AMEA-ya yeni şöbə müdiri təyin edildi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-da verilən məlumata görə, iclasda rəyasət Heyətinin qərarı ilə Fikrət Feyziyev AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Botanika və Dendrologiya institutlarının direktorlarının səlahiyyət müddəti bitdiyi üçün iclasda direktor seçkilərinin keçirilməsi məsələsinə də baxılıb. Heyət adları çəkilən institutlarda direktor seçkiləri keçirilməsi ilə bağlı qərar qəbul edib və bölməyə müvafiq tapşırıqlar verib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ