SON DƏQİQƏ
» » 30-dan çox ailə fırıldaqçıların qurbanı oldu - ev alarkən diqqətli olun... - VİDEO

30-dan çox ailə fırıldaqçıların qurbanı oldu - ev alarkən diqqətli olun... - VİDEO

Tarix:

6-10-2017, 22:46

/ 2 102 dəfə oxundu.
30-dan çox ailə fırıldaqçıların qurbanı oldu - ev alarkən diqqətli olun... - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasından ev alan 30-dan çox ailə fırıldaqçıların qurbanı olub.

Gunaz.az bildirir ki, həmin şəxslər ayrı-ayrı vaxtlarda Xırdalan şəhərində yerləşən ''Nursu Əmlak'' ofisinə gəliblər. Onlar həmin şirkətin müdiri Cavid Umudluya ödəniş etməklə müqavilə ilə ev alıblar. Ancaq sonradan məlum olub ki, həmin evlərin heç biri vətəndaşların adına deyil və ayrı şəxslərə satılıb. Nəticədə Cavid Umudlu vətəndaşların hamısına ümumilikdə 400-min manatdan çox ziyan vurub.

Cavid Umudlu əksər alıcını çağıraraq onların etibarından sui-istifadə edib və əmlak müqaviləsini borc müqaviləsinə çevirib.

Məsələ ilə bağlı Cavid Umudlu adlanan şəxlə əlaqə saxlamaq istədik, amma cəhdimiz nəticəsiz qaldı. Çünki onun fəaliyyət göstərdiyi ofis artıq bağlanıb.

Qeyd edək ki, zərərçəkən vətəndaşlar bununla bağlı müvafiq olaraq hüquq-umühafizə orqanlarına müraciət ediblər.

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ