SON DƏQİQƏ

Bakının bu əraziləri susuz qalacaq

Tarix:

6-10-2017, 15:54

/ 726 dəfə oxundu.
Bakının bu əraziləri susuz qalacaq

Paytaxtın bir sıra ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gunaz.az-a verilən məlumata görə, Bakı şəhəri Ziya Bünyadov prospektində yeni çəkilmiş yağış-kanalizasiya kollektorunun mövcud sistemə birləşdirilməsi işləri ilə əlaqədar müəyyən ərazilərə içməli suyun fasilələrə verilməsi zərurəti yaranıb.

Bununla əlaqədar, oktyabrın 6-da gün ərzində Bakı şəhəri Binəqədi, Yasamal və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ