SON DƏQİQƏ
» » Bakının mərkəzi susuz qalacaq - Bu xəbərə diqqət!

Bakının mərkəzi susuz qalacaq - Bu xəbərə diqqət!

Tarix:

10-03-2017, 10:34

/ 7 294 dəfə oxundu.
Bakının mərkəzi susuz qalacaq - Bu xəbərə diqqət!

Paytaxtın mərkəzi hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranan narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.
Gunaz.az 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ