SON DƏQİQƏ

Paytaxtın bəzi hissələrində su olmayacaq

Tarix:

11-02-2017, 12:32

/ 3 914 dəfə oxundu.
Paytaxtın bəzi hissələrində su olmayacaq

 Bəzi ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 mm diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ