SON DƏQİQƏ
» » İqlim dəyişmələri davam edir, fəsadlar artacaq - Açıqlamalar

İqlim dəyişmələri davam edir, fəsadlar artacaq - Açıqlamalar

Tarix:

5-10-2017, 09:22

/ 1 194 dəfə oxundu.
İqlim dəyişmələri davam edir, fəsadlar artacaq - Açıqlamalar

İqlimdə baş verən dəyişikliklərin təsiri getdikcə artacaq, bu isə müxtəlif sektorlarda fəsadlar yarada bilər.

Bunu  açılamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji təbliğat şöbəsinin müdiri İsa Əliyev deyib.

Onun sözlərinə görə, qlobal səviyyədə iqlim sistemində dəyişikliklər davam edir:

“Planetdə istiləşmə prosesi gedir. Dünya ölkələri arasında müvafiq konvensiyalar, razılaşmalar qəbul olunub. Qlobal iqlim sistemində dəyişikliyin qarşısını almaq dünya dövlətləri qarşısında mühüm vəzifədir.

İqlimdə tarixən Günəş aktivliyinin artması, zəifləməsi, Yer planetinin orbitinin tərəddüdləri kimi müxtəlif amillər nəticəsində təbii dəyişmələr baş verib”.

İsa Əliyev bildirib ki, indiki dəyişmələr daha çox insanların təsərrüfat fəaliyyəti nəticəsində baş verir və antropegen xarakter daşıyır:

“Təbii dəyişmələr zamanı temperaturun 1 dərəcə qalxması üçün 1000, 1200 il lazım gəlib. Ona görə də 2030-cu ildə buzlaşma olacağı barədə deyilən fikirlərin heç bir məntiqi izahı yoxdur. Antropogen dəyişmələrin təsirindən isə yaxın 30-40 ildə temperaturda 3-4 dərəcə qalxma ehtimalı var”.

İsa Əliyev qeyd edib ki, iqlim dəyişikliyi zamanı ilin isti dövrünün ömrü nisbətən artacaq:

“Günəşdən Yerə nə qədər istilik gəlirsə, o qədər də kosmosda əks olunur. Ola bilər ki, yayda çox isti gəlsin, qışda isə əksinə daha çox əks olunsun və s.

Gələn istiliyin 99,99 faizi kosmosa qayıdır. 0,01 faizi Yerin altından çıxan vulkan və sair proseslərdən ayrılır. Kəskin temperatur və təzyiq fərqi yarananda soyuq hava kütləsi daha sürətlə armosferə daxil ola bilir.

Ola bilər ki, fəsillərdə yayın ömrü 5-10 gün uzansın. Soyuq fəslin də dövrü azalacaq. Qış daha mülayim keçəcək. Amma bu o demək deyil ki, qar yağmayacaq. Ümumi tendensiya istiləşməyə doğru gedir”.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə iqlim dəyişmələrinin fəsadlarından danışıb. Onun sözlərinə görə, iqlim dəyişmələrinin fəsadları artıq özünü büruzə verir:

“Məsələn, bu il sentyabr ayı çox isti keçdi. Hər il bu ayda havanın temperaturunu 20 dərəcə isti görürdük, amma bu il 34 dərəcə oldu. Ayın son günlərində aramsız yağışlar başladı, dağlıq yerlərə qar yağdı. Bu, artıq fəsadların göstəricisidir. İqlim dəyişməsi fövqəladə halların tezləşməsini sürətləndirir”.

Ramiz Məmmədov qeyd edib ki, hidremetroloji şəraitdə ekstremal halların sayı çoxalacaq, amplitudası azalacaq:

“Həm də bu halların təkrarlanması tezləşəcək. Təbii ki, yaydan qışa keçid canlı orqanizmə də təsirsiz ötüşməyəcək. Bir çox heyvanlar arasında tələfat halları çoxalacaq. Bu, bitki örtüyünə də ciddi təsir edəcək”.(Telaqraf.com)

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ