SON DƏQİQƏ
» » Tanınmış telejurnalistə yüksək vəzifə verildi (YENİLƏNDİ)

Tanınmış telejurnalistə yüksək vəzifə verildi (YENİLƏNDİ)

Tarix:

27-09-2017, 18:05

/ 781 dəfə oxundu.
Tanınmış telejurnalistə yüksək vəzifə verildi (YENİLƏNDİ)

“Vaqif Aydınoğlu ATV-də cari məsələlərin yerinə yetirilməsi məqsədilə müvəqqəti olaraq mənim köməkçim funksiyasını yerinə yetirir”.

Bunu APA-ya açıqlamasında “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov deyib.

O qeyd edib ki, bu təyinat telekanalda keçid dövrünə hesablanıb.

***

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub.

Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib.

ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.

Qeyd edək ki, telekanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov dünən öz ərizəsi ilə işdən azad edilib.

Dünən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı da vəzifəsindən azad olunub. Onun yerinə Azər Xəlilov təyin edilib.

A. Xəlilov buna qədər CBC televiziyasının rəhbəri olub. (apa)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ