SON DƏQİQƏ

Bəşəriyyətin qatı düşməni münafiqlər

Tarix:

29-08-2017, 17:05

/ 2 355 dəfə oxundu.
Bəşəriyyətin qatı düşməni münafiqlər


 Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun təsisçisi Əlikram Müzəffər Gunaz.az saytının qonağı olmuşdur.
- Dünyada baş verən hadisələr, terror, müharibələr, millətlər, dinlər arasında qarşıdurmalar, anlaşılmazlıq olduğu halda ideal sülhü necə qurursunuz və sərhədsiz dünya qurmaq fikriniz utopik görünmürmü?
- Adəmdən Hatəmə qədər bütün peyğəmbərlər müsəlman olub. Onlar tək bir Allaha inanıblar. Müsəlman - tək bir Allaha təslim olan deməkdir. "Parol tək bir O” adlı kitabımda və eyniadlı filmdə (YouTube-da) bu haqda ətraflı yazılar mövcuddur.
Mən insanları üç yerə bölürəm: inananlar, inanmayanlar və münafiqlər. Münafiq ikiüzlü, yalançı deməkdir. Bəşəriyyət tarixi bu günə qədər münafiqlərdən zülm görüb. Bu gün də dünyada zülm davam edir. Bütün bunlar münafiqlərin naqisliyi nəticəsində baş verir. "sən yaradılmışların ən üstünüsən” adlı kitabım əsasında üç hissədən ibarət olan "İnsan” adlı filmdə bu suallara geniş cavab vermişəm.
İnananlar inanır ki, onlar etdiyi yaxşı əməllərə görə cənnətə gedəcəklər. "Qurani-Kərim”də deyildiyi kimi bir cümlə ilə izah edək: "İman gətir və yaxşılıq elə”.
İnanmayanlara da müraciət etmişik ki, siz inanmasanız da, yenə yaxşılıq edin ki, sabah öləndən sonra sizi qəbirdən çıxartmasınlar. Ailənizlə yaxşı rəftar etsinlər.
Bəşəri etiraf verilişini açmışıq. Məqsədimiz bütün insanları millətindən, inancından asılı olmayaraq bu etirafı, yəni tək bir Allah var, tək bir din var, Onu sevmək dini var və tək bir millət var: insan milləti. Sizin sualınıza cavab olaraq "Tək bir O” filmində uşaqlar deyiblər ki, gəlin bütün inananlara inanan deyək və Yaradanın tərəfdarları deyək. İnanmayanları da ruhun sirri açılana qədər bir-birinə xoş, mehriban baxmağa dəvət edək.
Münafiqlər isə inanmadığı halda özünü inanmış kimi göstərir və pis əməllərlə məşğul olur, inananların adına ləkə gətirirlər. Münafiqlərə Allahı guya ki, aldatmaq asan gəlir, dövləti və xalqı aldatmaq isə onlar üçün su içimi kimi bir şeydir.
Allah bizi münafiqlərin şərindən qorusun.
Müsahibəni apardı:
Rauf İlyasoğlu
скачать dle 12.1

Şərhlər