SON DƏQİQƏ

Pirşağı çimərliyinə gedənlərin nəzərinə

Tarix:

4-07-2017, 11:55

/ 3 552 dəfə oxundu.
Pirşağı çimərliyinə gedənlərin nəzərinə

Pirşağı qəsəbəsinin girişində yerləşən və dəmir yolu üzərindən keçən avtomobil körpüsündə iyulun 5-i səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq təmir işlərinə başlanılacaq.
"Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sözügedən körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işlərinin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
"Azəravtoyol" ASC təmir işləri ilə əlaqədar olaraq yarana biləcək narahatlığa görə vətəndaşlardan öncədən üzr istəyir.
Qeyd edək ki, sözügedən körpü Novxanı-Pirşağı avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində təmir olunur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ