SON DƏQİQƏ
» » Yanvarın 16-dan daha bir küçədə hərəkət məhdudlaşacaq

Yanvarın 16-dan daha bir küçədə hərəkət məhdudlaşacaq

Tarix:

13-01-2017, 17:06

/ 7 443 dəfə oxundu.
Yanvarın 16-dan daha bir küçədə hərəkət məhdudlaşacaq

Yanvarın 16-dan etibarən Nəriman Nərimanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-dən Gunaz.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.
Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 – 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 – 17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2 – 3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 – 23.5 metr təşkil edəcək.
Təmir işləri Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq həyata keçirilir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ