SON DƏQİQƏ
» » “Samsung” açılıb-bağlanan smartfon hazırlayır

“Samsung” açılıb-bağlanan smartfon hazırlayır

Tarix:

22-06-2017, 23:59

/ 3 804 dəfə oxundu.
“Samsung” açılıb-bağlanan smartfon hazırlayır

"Samsung" yaxın vaxtlarda öz pərəstişkarlarını yeni açılıb-bağlanan smartfonu ilə sevindirəcək.
Cihazın təxmini qiyməti 250 dollar olacaq.
 
Məlum olub ki, açılıb-bağlanan smartfon "Android 6.0." platformasında qırmızı və qara rənglərdə hazırlanacaq. Lakin smartfonun standart kameraları (5 və 8 meqapiksel) çətin ki, müştəriləri sevindirsin. "Samsung"un tərtibatçıları smartfonun populyarlıq qazanacağı halda, kameraları gücləndirəcəklərinə söz veriblər.
 
Qeyd edilir ki, "Galaxy Folder 2" adlanacaq yeni smartfon daha çox köhnəliyi sevən və əvvəlki açılıb-bağlanan telefonları yaxşı xatırlayan istifadəçilər üçün nəzərdə tutulub. Bir qayda olaraq, belə insanlar mobil telefonları ancaq danışıq üçün istifadə edirlər və standart dizayna üstünlük verirlər. Məhz bu kateqoriya üçün cihazda xüsusi güclü dinamik yerləşdirilib ki, bu da zəngi daha güclü edir.(lent.az)

GUNAZ.az

скачать dle 12.1

Şərhlər