SON DƏQİQƏ
» » «Azad Azərbaycan» qəzeti namizədlərini müəyyənləşdirdi

«Azad Azərbaycan» qəzeti namizədlərini müəyyənləşdirdi

Tarix:

26-05-2017, 18:10

/ 2 969 dəfə oxundu.
«Azad Azərbaycan» qəzeti namizədlərini müəyyənləşdirdi


 

 «Azad Azərbaycan» qəzetinin redaksiyasında Azərbaycan Prezidentinin sərəncamı ilə inşa edilən binadan mənzil almaq üçün qəzetin əməkdaşları arasından namizədlərinin seçilməsi ilə bağlı iclas keçirilib. İclasda Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli «Azad Azərbaycan» qəzetinin baş redaktoru Asəf Abbasov və redaksiya heyəti iştirak edib.
İclasda çıxış edən Asəf Abbasov qaydalara uyğun olaraq iclasın sədri və katibinin seçilməsi təklifi edilib. 15 əməkdaşdan 13-nün iştirak etdiyi və bununla da yetərsayın olduğu iclasın sədrliyinə Asəf Abbasovun, katibliyinə isə Təhminə Məmmədovanın namizədliyi irəli sürülüb və qəbul edilib.
İclasın sədri, «Azad Azərbaycan» qəzetinin baş redaktoru Asəf Abbasov xatırladıb ki, iclas jurnalistlər üçün tikilən ikinci binada mənzillərin verilməsi ilə bağlı keçirilir və redaksiya heyəti tərəfindən namizədlikləri irəli sürülən jurnalistlər barədə fikir mübadiləsi aparılacaq.
«Azad Azərbaycan» qəzetinin şöbə müdirləri Ağalar İdrisoğlu, Məmmədhəsən Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, qəzetin əməkdaşları dövlətçiliyimizin, milli mətbuatımızın inkişafının keşiyində ayıq-sayıq dayanıblar. Çıxış edənlər verəcəkləri namizədlərin ən layiqlilər sırasında olacaqlarını qəti şəkildə qeyd ediblər. Bildirilib ki, aparılan müzakirələr tam şəffaf, verilən qərarlar isə ədalətli olacaq.
Bundan sonra«Azad Azərbaycan» qəzetinin 6 əməkdaşının adı namizədlər siyahısına salınıb və səsə qoyulub. Tədbir iştirakçıları namizədlərə yekdilliklə səs veriblər. Qərar protokollaşdırılıb və sənədlərin hazırlanması prosesinə start verilib.
Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli çıxış edərək bildirib ki, iclas şəffaf və verilən qərarlar ədalətlidir.
İclasda çıxış edən jurnalistlər də öz növbələrində ölkə prezidenti İlham Əliyevin media işçilərinə göstərdiyi diqqət və qayğısına görə minnətdarlıqlarını bildirərək, öz peşələrinə hər zaman sadiq qalacaqlarını vurğulayıblar.

GUNAZ.az

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ