SON DƏQİQƏ

Bakıda qatarlar pulsuz işləyəcək

Tarix:

8-05-2017, 20:20

/ 4 176 dəfə oxundu.
Bakıda qatarlar pulsuz işləyəcək

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı, çoxsaylı idmançıların və qonaqların ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçıların, qonaqların, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslərin Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin "Koroğlu” stansiyasına qədər "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
Eyni zamanda Bakı sərnişin stansiyasında və "KİSS” markalı elektrik qatarlarında quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycan Respublikası ilə bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan reklam çarxları yayımlanacaq.
Yarışların keçiriləcəyi müddətdə Bakı sərnişin stansiyasında və "Koroğlu” stansiyasında sıxlığın yaranmasının qarşısının alınması və işin lazımi qaydada həyata keçirilməsi məqsədi ilə sərnişinlərin qarşılanması, onların yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər