SON DƏQİQƏ
» » İslamiadaya gedənlərə şad xəbər - Bu xidmət pulsuz olacaq

İslamiadaya gedənlərə şad xəbər - Bu xidmət pulsuz olacaq

Tarix:

3-05-2017, 10:00

/ 3 853 dəfə oxundu.
İslamiadaya gedənlərə şad xəbər - Bu xidmət pulsuz olacaq

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və daşınması üçün istifadə ediləcək İctimai Nəqliyyat Terminalında (İNT) son tamamlanma işləri aparılır.
Bakı Nəqliyyat Agentliyindən (BNA)  verilən məlumata görə, Bakı Olimpiya Stadionundan İctimai Nəqliyyat Terminalına gedən yolda artıq istiqamətverici və məlumatlandırıcı löhvələr quraşdırılır.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarından İctimai Nəqliyyat Terminalına (İNT) çatdırılacaq. Mərasim bitdikdən sonra isə İNT-dan tamaşaçılar yenə də 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq.
Açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların ekspress xətlər vasitəsilə daşınması ödənişsiz olacaq. Bununla bağlı, Agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və razılaşmalar əldə edilib.
Qeyd edilir ki, 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda olaraq saxlanılacaq. Açılış və bağlanış mərasimləri günlərində 3 ekspress xəttin çatdırılma nöqtəsinin idarə edilməsi məqsədi ilə BNA və Bakı Metropoliteni əlaqəli şəkildə gecə saatlarına qədər fəaliyyət göstərəcək.

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ