SON DƏQİQƏ
» » Bu rayonun bir hissəsində müvəqqəti işıq olmayacaq

Bu rayonun bir hissəsində müvəqqəti işıq olmayacaq

Tarix:

1-06-2026, 09:12

/ 2 860 dəfə oxundu.
Bu rayonun bir hissəsində müvəqqəti işıq olmayacaq

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan GunAz.az-a verilən məlumata görə, iyunun 1-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
скачать dle 12.1

Şərhlər