Gürcüstanın daha 4 kanalının "Azerspace-1" üzərindən yayımına başlanıldı
Tarix:
6-04-2017, 15:14
/ 2 964 dəfə oxundu.
Gürcüstanın dörd populyar kanalı ("İmedi" TV, "GDS" TV, "Pirveli" TV və "Marneuli" TV) "Azerspace-1" peyki üzərindən yayıma başlayıb. Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorundan məlumat verilib. "Azərkosmos" ASC ilə imzalanan kommersiya müqaviləsinə əsasən, kanallar 2017-ci ilin aprel ayından etibarən 11095/H/30000 tezliyi ilə yayımlanır. Gürcüstanda, xüsusilə azərbaycanlıların sıx məskunlaşdığı bölgələrdə kifayət qədər izləyicisi olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.