SON DƏQİQƏ

Bunlara 1000 manat verilir?- RƏSMİ CAVAB

Tarix:

26-02-2026, 13:20

/ 3 223 dəfə oxundu.
Bunlara 1000 manat verilir?- RƏSMİ CAVAB

Sosial şəbəkədə bəzi şəxslərə sosial fond tərəfindən 1000 manat veriləcəyi barədə videoməlumat paylaşılıb.
GunAz.az xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, həmin məlumat yalandır.
"Sosial şəbəkədə guya "1932-ci ildən 2017-ci ilədək dövrdə doğulanlara sosial fond tərəfindən 1000 manat ödəniş ediləcəyi" barədə paylaşılan videoməlumat yalandır. Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir ki, bu da dələduzluq yolu ilə onların kart məlumatlarını, nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq: Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın", - açıqlamada vurğulanıb.
скачать dle 12.1

Şərhlər