Sosial şəbəkələrin çoxluğu , əlçatanlığın daha da asanlaşması ilə onların insanların həyatına təsir şkalası yüksələn xətt üzrə gedir. Sosial şəbəkələrin rolu gündən-günə dəyişir. İnsan psixologiyasına, xüsusən də , uşaq və yeniyetmələrin psixoloji vəziyyətinə göstərdiyi effektlər də akutal məsələdir. Uşaq və yeniyetmələr sosial mediada və ekran qarşısında həmişəkindən daha çox vaxt keçirirlər. Onların inkişafdövründə olan beynləri sosial şəbəkələrin mənfi aspektləri qarşısında çox həssasdır. Sosial şəbəkələrə həddindən artıq alüdəçilik uşaqlarda depressiya, tənhalıq, özünə inamın azalması,aqressiya ,canlı ünsiyyətdən yayınmakimi hallara gətirib çıxara bilər.Bu kimi halların qarşısını almaq üçün ilk növbədə istifadəyə məhdudiyyət qoymaq çox faydalıdır ki,mütəxəssislər sosial mediadan gündəlik istifadə vaxtını 30 dəqiqə çərçivəsində saxlamağı tövsiyə edirlər.
Yeniyetmə və uşaqların həyatının ayrılmaz bir hissəsinə çevrilmiş sosial şəbəkələrdən hansısa formada istifadə edirlər və əksəriyyəti sosial şəbəkələrdə profilə də malikdirlər.Bəziləri isə hər gün hansısa sosial media saytlarını ziyarət edir.Sosial mediadan həddindən artıq, lüzumsuz istifadə eyni zamanda bir çox risklərlə müşayiət olunur ki,bunun qarşısını almaq üçünuşaq və yeniyetmələr onlardan uzaq olmağa çalışmalıdır.Sosial mediadan istifadənin düzgün və sağlam balansını tapmaqda onlara kömək etmək üçün, sosial mediadan ağıllı istifadə üsullarına dair onlarla mütəmadi söhbətlərin aparılması vacibdir.
Uşaqları sosial mediada məxfiliklərini qorumağa, daim reputasiyaları və nüfuzlarını nəzərə almağa, şəxsi məlumatlarını heç kimlə paylaşmamağa təşviq etmək lazımdır. Həmçinin sosial mediadan istifadə müddətinə məhdudiyyətlər qoyularaq aktivfəaliyyətlərə:İdman, sənət və sosial fəaliyyətlərə təşviq edilməlidirlər.Bu , yeniyetmələrin real həyatda özlərini ifadə etməsinə imkan yaradır.
Yeniyetmələrin sosial mediadan istifadəsinin balansını qorumaq üçün valideyn və müəllimlərin dəstəyi vacibdir. Valideynlər yalnız məhdudiyyət qoymaqla kifayətlənməyərək açıq müzakirələr aparmalıdır. Müəllimlər isə rəqəmsal savadlılıq dərsləri vasitəsilə sosial medianın təsirləri haqqında maarifləndirmə işləri aparmalıdırlar.Eyni zamanda virtual məkandakı nümunəvi davranışımızla uşaq və yeniyetmələrə yaxşı nümunə göstərərək onların sosial mediadan təhlükəsiz və məsuliyyətli tərzdə istifadə etməsinə ən effektiv yolu seçmiş olarıq.
Yeniyetmə və uşaqlar anlamalıdırlar ki,sosial media onların həyatını rəngarəng edə bilər, amma bu prosesdə onların şəxsiyyətinə mənfi təsir göstərən amillərin olması riski də böyükdür.
Həmin risklər sırasına uşaqlara uyğun olmayan məzmun,vaxt itkisi,diqqətin yayınması,psixi sağlamlığın pozulması,reputasiyanın aşağı düşməsi üçün risklər daxildir.
Sosial medianın uşaq və gənclərə ,eyni zamanda təhsilə mənfi təsirləri ilə yanaşı, müsbət təsirləri də var. Buna misal olaraq məlumatların, tədris resurslarının əlçatanlığını,əməkdaşlıq və ünsiyyət üçün əlverişli şəraitin olmasını, yaradıcılıq imkanlarının genişlənməsini göstərmək olar.
Sosial şəbəkələr müasir dövrdə uşaqların və yeniyetmələrin həyatına dərin şəkildə nüfuz etmiş, onların düşüncə tərzinə, emosional vəziyyətinə və sosial davranışlarına ciddi təsir göstərən bir mühitə çevrilmişdir. Bu təsirin həm müsbət, həm də mənfi tərəfləri olsa da, həddindən artıq və nəzarətsiz istifadə xüsusilə inkişaf dövründə olan gənc beyinlər üçün ciddi risklər yaradır. Buna görə də əsas məqsəd sosial medianı tam qadağan etmək deyil, ondan məsuliyyətli və təhlükəsiz şəkildə istifadəni öyrətməkdir. . Beləliklə, həm uşaqlar, həm də yeniyetmələr rəqəmsal dünyanın imkanlarından faydalana, eyni zamanda onun risklərindən qoruna bilərlər.
ADPU-nin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin

müəllimi,
Qasımova Tənzilə Sərvər qızı