Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində yaşayan Elman Allahverdiyev artıq 15 ildir ki, torpaqla nəfəs alan, zəhməti ilə tanınan bir fermer kimi kəndin dəyərli insanlarından biridir.
Uşaqlıqdan kənd həyatına, torpağa və zəhmətə bağlı olan Elman müəllim gənc yaşlarından əməksevərliyi, səmimiyyəti və dürüstlüyü ilə seçilib. O, illər boyu öz zəhməti ilə həm ailəsinin, həm də kəndinin dolanışığına töhfə verib.
Elman Allahverdiyev əsasən kənd təsərrüfatı ilə, xüsusən taxılçılıq və heyvandarlıqla məşğuldur. Onun əkdiyi sahələrdə hər il bol məhsul yetişir, təmiz və halal zəhmətinin bəhrəsini kənd camaatı da görür. Həyatını torpağa, zəhmətə və halal ruziyə bağlayan Elman müəllim bu sahədə gənclərə də örnək sayılır.
Sadəliyi, təvazökarlığı və əməyə verdiyi dəyər onu Tənənəm kəndində hörmətli, sevilən bir şəxsə çevirib. O, hər zaman “torpaq kimə sədaqətlə xidmət etsə, onu heç vaxt yarı yolda qoymaz” deyir və bu prinsipə sadiq qalaraq yaşayır.
Elman Allahverdiyev kimi insanlar kəndin dirəyi, torpağın nəfəsi, zəhmətin simvoludur. Onun kimi zəhmətkeş insanların sayəsində Tənənəm kəndi bu gün də məhsuldar, canlı və ümid dolu bir diyardır.

Sürəyya HACIYEVA