Bakı şəhəri 20 nömrəli məktəb-liseydə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin Beşinci İli – Qalib Azərbaycan” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının milli birliyini, qəhrəman şəhidlərin xatirəsini və qazilərin igidliyini ehtiramla yad etmək məqsədilə təşkil olunub.
Məktəb rəhbərliyi, müəllimlər və şagirdlərin iştirakı ilə baş tutan tədbir dövlət himninin ifası ilə açıq elan edilib.
Məktəbin VIII “Ə” sinif şagirdlərinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Çıxışlarda Qarabağ Zəfərinin xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğu, bu qələbənin xalqın birliyi, igid ordumuzun şücaəti və minlərlə qəhrəmanın fədakarlığı sayəsində əldə olunduğu vurğulanıb.
Nitqlərdə qeyd olunub ki, 2020-ci il Azərbaycan xalqının qürur ili kimi tarixə düşüb. Həmin il xalqımızın sarsılmaz iradəsi və həmrəyliyi sayəsində 30 illik həsrətə son qoyulub, Qarabağ torpaqları azad edilib.
Tədbirin ən duyğulu anı şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi olub. Daha sonra məktəblilər tərəfindən Vətən sevgisinə və qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Mərasim“Zəfər Marşı”nın coşqulu ifası ilə davam edib və “Biz birlikdə güclüyük! Yaşasın Azərbaycan!” şüarı ilə yekunlaşıb.
Zəfər Gününə həsr olunmuş bu tədbir bir daha göstərdi ki, 20 nömrəli məktəb-liseyin kollektivi Qalib Azərbaycanın ruhunu, milli qürur və vətənpərvərlik dəyərlərini daim yaşadır.
İlahə Allahverdiyeva
Jurnalist