SON DƏQİQƏ
» » Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

Tarix:

21-05-2025, 19:37

/ 2 291 dəfə oxundu.
Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

Bakıda parklanma məntəqələrinin sayı 3,5 dəfə azaldılıb.
GunAz.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir.
Bildirilib ki, müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur:
“Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər”.
скачать dle 12.1

Şərhlər