Dövrümüzdə uşaqlarda nitqinin yaşına görə geri qalması hallarına tez-tez rast gəlinir. Bu hal uşağın özünü ifadə etməsinə, sosial münasibətlər qurmasına və akademik uğurlarına mənfi təsir göstərir. Nitq inkişafıeyni zamanda uşağın sosial, emosional və kognitiv inkişafı ilə sıx bağlıdır.
Uşaqların nitq inkişafı dedikdə onların dil və nitq bacarıqlarının formalaşması və irəliləməsi prosesi nəzərdə tutulur ki,bu, uşağın öz fikirlərini, hisslərini və məlumatlarını sözlə ifadə etmə bacarığını əhatə edir.
Uaqların nitqinin inkişafına bir sıra amillər mənfi təsir edərək uşaqların nitqində gecikmələr, səslərin düzgün tələffüz olunmaması,nitqdə nizamsızlıq, lüğət ehtiyatının məhdudluğu və bu kimi başqa arzuolunmaz hallar formasında özünü göstərir.Nitqin inkişafına mənfi təsir edən amilləri sosial və bioloji olaraq qruplaşdırılır. Bu məqalədə diqqət daha çox sosial amillərdən hesab olunan ailə daxili mühitin uşaqların nitqinə mənfi təsirləriüzərinə cəlb olunacaq.
Ailə daxili mühit bir necə aspektdə uşaqların nitq geriliyinə səbəb ola bilər. Buraya ailə daxili qeyri-sabit münasibətlər, ailədə bir neçə dildə danışılması,intelektual səviyyənin aşağı olması,ailədə uşaqlara nəzarətin zəifliyi,ailələrin maddi vəziyyətinin yaxşı olmaması daxil etmək olar.
Ailə daxili münaqişılər ,zorakılıq uşaqlarda gərginlik,qorxu, təlaş yaradır , bu da uşağın özünü ifadə etməkdə çətinlik çəkməsinə və nitq inkişafının geriləməsinə səbəb ola bilər.Münaqişələr zamanı valideynlər bir-birləri ilə mübahisə etdikdə uşaqların onlarla qarşılıqlı əlaqələri azalır,bu vəziyyət, ailə fərdləri arasındakı ünsiyyətin azalmasına və dolayısıyla uşaqlarda nitq inkişafının bacarıqlarının ləngiməsinə gətirib çıxarır.Bu vəziyyət uşaqların başqaları ilə də münasibət qurmalarını çətinləşirdirir, sosial mühitlərdən uzaqlaşdıraraq nitq bacarıqlarını inkişaf etdirmələrinə mane olur. dayandırır.
Ailə daxili münaqişələrin uşaqlarda nitq inkişafına mənfi təsirini azaltmaq üçün münaqişələrin düzgün şəkildə idarə olunması, uşaqların ehtiyaclarına diqqət yetirilməsi və onlarla ünsiyyətin qurulması vacibdir.
Uşaqlarda nitq ləngiməsinə gətirib çıxaran səbəblərdən biri də ailədə unsiyyət zamanı bir neçə dildən istifadə olunmasıdır.Çox təəssüf ki, zamanımızda bu halla tez-tez rastlaşırıq.Uşaqlar bir neçə dili eyni zamanda eşitdiyi üçün onlarda nitq inkişafları gecikir, yaşlarına uyğun nitq bacarıqları olmur.Çoxdilli mühitdə uşaqlar, müxtəlif dillərdəki sözləri qarışdıraraq istifadə edir və bu, onların özlərini ifadə qabiliyyətini çətinləşdirir.Bu halın qarşısının alınması üçün uşağın ilk növnədə öz ana dilində dil açması üçün lazımi mühit yaradılmalıdır. Uşaq dil açanadək emosional ünsiyyət saxlayır.Bu dövr nitqə yiyələnməyə hazırlıq dövrü hesab olunur,həmin dövrdə ətrafdakı böyüklərin ana dilindən istifadə etməsi çox vacibdir. Bu uşağın həm idraki inkişafına, həm də onlarda düzgün nitqinin formalaşmasına müsbət təsir göstərirÜnsiyyət qurma vərdişinin formalaşması dövründə düşüncələrini,hisslərini,duyğularını ana dilində ifadə etməsi uşağın ümumi inkişafının əsas şərtidir.Ana dilinin gözəlliklərinə yiyələnməklə uşaqlar öz fikirlərini kifayət qədər düzgün, sərbəst, dəqiq və incəliklə dilləndirə bilir və bu, insanlarla ünsiyyət zamanı dildən doğru şəkildə istifadə edilməsinə, aydın qavramasına gətirib çıxarır.Uşaq ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən təsəvvürlər əldə edir ki,buonun lüğət ehtiyatını zənginləşdirilməsinə, əşya və hadisələr haqqında fikir formalaşdırılmasında rol otnayır.
Ailənin intelektual səviyyəsi uşağın nitq inkişafında mühüm rol oynayan amillərdəndir. Valideynlərin uşaqlara təqdim etdiyi mühit, resurslar və dəstək, onların dil bacarıqlarının formalaşmasında əhəmiyyətli təsir göstərir. İntelektual səviyyə aşağı olduqda valideynlər nitq inkişafı ilə bağlı məlumat və resurslardan məhrum olur, uşaqlarının nitq inkişafına lazım olan emosional dəstəyi təqdim edə bilmir ,bu,uşaqların nitqinin inkişaf etməsini çətinləşdirir.
Uşaqlarda nirq ləngiməsinə gətirib çıxaran səbəblərdən biri də ailədə uşaqlara nəzarətin, diqqətin az olması nəticəsində onlardasmart alətlərə bağlılığın yaranması ilə əlaqədardır. Smart cihazlarla həddindən artıq çox vaxt keçirdikdə uşaqlarda real insanlar ilə qarşılıqlı nitq mübadiləsi azalır, onlarda danışma və dinləmə bacarıqlarının inkişafı ləngiyir.Uşaqlar öyrənmə vasitəsi kimi ancaq rəqəmsal alətlərdən istifadə etdikdə uşaqların aktiv iştirak etmədiyi bir öyrənmə mühiti yaranır ki,bu, nitq bacarıqlarını inkişaf etdirməyə əks təsir göstərir. Davamlı olaraq uzun müddət bu alətlərə bağlılıq, uşaqların sosial əlaqələrini zəiflədir,onlarda dinləmə və konsentrasiya bacarıqlarını zədələyərək dil və nitq mühitinə tam diqqət yetirməyi çətinləşdirir.
Smart cihazların uşaqlara təsirini balanslaşdırmaq üçün onlardanistifadə müddətini məhdudlaşdıraraq uşaqları real nitq interaksiyalarına təşviq etmək vacibdir. Ailə uşaqlarla aktiv nitq mühitini təmin edib onlara daha çox vaxt ayırmalı, unsiyyət qurmalı, suallarına səbirlə cavab verməli, bu və ya digər mövzu barədə onun fikirlərini öyrənməli, uşaqları onların dil və nitq bacarıqlarını inkişaf etdirəcək fəaliyyətə cəlb etməlidirlər.
Ailənin maddi vəziyyətinin yaxşı olmaması da uşaqların nitq inkişafına təsir edən faktorlardandır. Ailənin maddi imkanı aşağı olduqda, uşaqlar kitablar, oyunlar, təhsil proqramları və digər inkişaf etdirici resurslardan məhrum ola bilərlər. Bu, onların nitq bacarıqlarının inkişafını ləngidir.Həmçinin ailənin maddi vəziyyəti aşağı olduqda valideynlərin stressli vəziyyətləri uşaqlara diqqət yetirməkdə ,onlara qarşı daha səbirli olmaqda çətinlik yaratdığından uşaqlar onların hərtərəfli inkişafı üçün vacib olan sağlam ailə mühitindən məhrum olurlar. Ailənin maddi vəziyyətinin yaxşı olmaması valideynlərin daha çox işə,maliyə problemlərinə fokuslanmalarına və uşaqlarına az vaxt ayırmalarına səbəb olur. Bu, uşaqların nitq inkişafına təsir edən qarşılıqlı əlaqələri azaldır.Bundan başqa maddi vəziyyətin aşağı olması uşaqların qidalanmasına, onların ümumi sağlamlığına və inkişafına təsir etdiyi kimi nitq bacarıqlarını ləngidə bilir.Bu kimi halların aradan qaldırılması üçün icmanın və cəmiyyətin ailəyə,uşaqlara dəstək verməsi,qayğılarının mümkün qədər azaldılması, uşaqlara hərtərəfli inkişafları üçün müsbət bir mühit yaradılması vacibdir.
Valideynlər uşaqların nitq inkişafına diqqət yetirməli, müvafiq dəstək və resurslarla onları yönləndirməlidirlər. Uşaqların sağlam nitq inkişafı üçün sevgi dolu ,dəsdəkləyici bir mühitin yaradılması vacib şərtlərdəndir.
Uşaqlarda nitq inkişafına mənfi təsir edən ailə mühitindəki sosial amilləri aradan qaldırmaq üçünbir sıra addımlar atılması məqsədə uyğundur:valideynlərin bu sahədə maarifləndirilməsi üçün seminarların keçirilməsi, məlumatlandırıcı materialların təqdim edilməsi , ailə içində münaqişələrin azaldılması yönündə addımlar atılması ,valideynlər üçün dəstək qruplarının yaradılması, uşaqlara dəstək olan qeyri-hökumət təşkilatlarının bu işlərə cəlb edilməsi.Bu strategiyaların həyata keçirilməsi uşaqların nitq inkişafını dəstəkləyən, stimullaşdıran sağlam bir mühitin yaradılmasına kömək edə bilər.
Qasımova Tənzilə Sərvər qızıUşaqların nitq inkişafı dedikdə onların dil və nitq bacarıqlarının formalaşması və irəliləməsi prosesi nəzərdə tutulur ki,bu, uşağın öz fikirlərini, hisslərini və məlumatlarını sözlə ifadə etmə bacarığını əhatə edir.

ADPU-nun nəzdində Azərbaycan Dövlət
Pedaqoji Kollecinin müəllimi