SON DƏQİQƏ

Qarabağ əlilindən XEYİRXAH ADDIM

Tarix:

17-06-2024, 08:17

/ 3 736 dəfə oxundu.
Qarabağ əlilindən  XEYİRXAH ADDIM

Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Kor, buynuzsuz, şikəst, axtalanmış, hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolunda qurban kəsmək ədəbsizlikdir və günahdır. Heyvan xəstə və zəif olmamalıdır, qocalıb əldən düşmüş sayılmamalıdır.
 Qurbanlıq sahibi əti üç hissəyə bölüb birini özü və ailəsi üçün götürə bilər. Yerdə qalan iki hissədən birini də öz qonşularına və dostlarına (ehtiyaclı olmasalar belə) verə bilər. Bir hissəni isə mütləq ehtiyacı olanlara (özü də qohum olmayan yad adamlara) paylamalıdır. 
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara yaxud yaxın adamlara paylaya bilər.
Bu baxımdan Sabunçu rayonunda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin sədri Çingiz Tağıyevin təşəbbüsü və şəxsi vəsaiti hesabına 200-dən çox Şəhid ailəsinə, Qazilərə yardım edilib.
Təəssüf ki, əvvəllər bu qəbildən olan insanlara hər tərəfdən yardımlar olsa da axır vaxtlar bunu görmürük. Amma vətənpərvər, Qaziləri, Şəhid ailələrini həmişə diqqətdə saxlayan 2-ci qrup müharibə əlili Çingiz Bəy və 1-ci qrup müharibə əlili Arif İsgəndərov bu xeyirxahlıqları ilə insanlar tərəfindən həmişə hörmətlə qarşlanırlar. 
Qeyd edək ki, Çingiz Bəy və Arif Bəy həm 1992-ci illərdə, həm də 44 günlük Vətən müharibəsində fəal iştirak edib və müxtəlif medallarla təltif ediliblər.
 Vətənimizin müdafiəsində sağlamlıqlarını itiriblər.
Bilman İSAQ







скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ