Eldarov Rasim Səfər oğlu 1968 çi il 17 iyul Bakı şəhrinin Sabunçu rayonunda anadan olub Cəmşid Naxçıvanski hərbi məktəbini bitirib, Kiyevdə ali hərbi məktəbə qəbul olub.
Ali məktəbi bitirmədən erməni təcavüzkarlarının Azərbaycana hücumu nəticəsində təhsilini yarımçıq qoyaraq müharibəyə qoşulub.
1993 il 31 avqustda fizuli rayonu, Kürdmahmudlu kəndində şəhid olub və onu adı məlum olmayan zabitimiz Mahmudlu2 kəndində balaca bir "Sançast"a gətirib və naməlum əsgər kimi məktəbin həyətində dəfn edilib.
Həmin kənddə yaşayan, dülgər, çox imkansız yaşayan, vətənpərvər insan Bayramov Səmərqənd Hənif oğlu 32 il bu kimsəsiz məzara xidmət edib, onu abıdə kimi düzəldərək ziyarətgaha çevirib. Bütün bayramlarda şagirdləri toplayaraq məzara güllər düzdürüb, yasin oxutdurub, hətta tabut da düzəldib ki, nə vaxtsa bu şəhid tanınsa onu ünvanına çatdırılmasına kömək olsun.
Nəhayət vaxt gəlib və o Qızıl Aypara cəmiyyətinə müraciət etdikdən sonra kimsəsiz əsgəri "DNT" etdikdən sonra, onun Eldarov Rasim Səfər oğlu olduğu məlum olub.
Bayramov Səmərqənd 44 günlüg zəfərimizdə ləyaqətli kənd camahatı ilə təmənnasız 2000-dən çox tabut düzəldərək şəhidlərin ünvana aparılmasında kömək etmişdir. Belə vətənpərvər övladları olan Vətən qalibiyyətə layiqdir.
2024 cu il iyun ayının 6-da şəhidn nəşi ata-anasının dəfn olduğu Göyçay şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Şəhidin dəfnində, qeydiyyatda olduğu Sabunçu rayon "Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri" (QMƏVŞAİB)İB-nin sədri Çingiz Tağıyev və cəmiyyətin üzvü olan qazilər iştirak ediblər.

Şəhidin tanınmasında fəal olan Səmərqənd onun dəfnində də yaxından iştirak edib.
Onu da xatırladaq ki, şəhid Eldarov Rasim 1-ci qrup Qarabağ əlil, Qazi, 1-ci Qarabağ döyüşündə və Zəfər tariximizi yazan 44 günlük müharibədə aktiv iştirak edən Arif Səmədovun qaynıdır.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Məzarın yanında və əsgərlərlə daim təmasda olan vətənpərvər Bayramov Səmərqənd Hənif oğlu.Bilman İSAQ