SON DƏQİQƏ

"Unutmayaq, Unudulmayaq"- 10 Fevral

Tarix:

10-02-2017, 01:28

/ 9 527 dəfə oxundu.
"Unutmayaq, Unudulmayaq"- 10 Fevral

Qorxmaz Eyvazov

Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazov 10 fevral 1994-cü il də Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndi uğrunda gedən döyüşdə o,düşmənin xeyli canlı qüvvəsini məhv edir,lakin bu döyüşdə özüdə həlak olur. Azərbaycan Respublikası Prezidentinin (Ulu öndər Heydər Əliyevin)  15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə  Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra ən ali mükafat olan Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

***

 

Elvar Qədimov 

Elvar Qədimov 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonu Atbulaq kəndində dəfn olunmuşdur.
 

 
*** 

 Nurəddin İbrahimov 

Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Nurəddin İslam oğlu  10 fevral 1995-ci il Binə qəsəbəsindəki cinayətkar dəstənin zərərsizləşdirilməsi zamanı xüsusi fərqlənmiş və qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Bakı şəhərinin Buzovna qəsəbəsinin qəbristanlığında dəfn edilmişdir. Buzovna qəsəbəsində onun adına küçə var. Buradakı Mədəniyyət evi də onun adını daşıyır. Qəsəbədə büstü qoyulub.
 

***

Rafiq Orucov 

"Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş döyüşçü Orucov Rafiq Miryusif oğlu 1994-cü il fevralın 10-da mühüm əməliyyatı yerinə yetirərkən snayper gülləsindən qəhrəmancasına həlak olmuşdur. Meyiti iki gün döyüş zonasında qalandan sonra götürmək mümkün olmuşdur. 13 fevral 1994-cü ildə Ağcabədi şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. 
 
 
скачать dle 12.1

Şərhlər