SON DƏQİQƏ

Bakı küçələrində tıxac yaranıb

Tarix:

28-01-2017, 22:35

/ 3 615 dəfə oxundu.
Bakı küçələrində tıxac yaranıb

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 
Gunaz.az-a verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə tıxac yaranıb.
Məlumatda deyilir: "Tiflis (20 Yanvar dairəsi istiqamətində), Ziya Bünyadov (hər iki istiqamətdə), Mətbuat (hər iki istiqamətdə), Azadlıq (hər iki istiqamətdə) prospektlərində, eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyatın hərəkəti çətinləşib və tıxac müşahidə edilir.
Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Hüseynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir".
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər