SON DƏQİQƏ
» » Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO

Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO

Tarix:

7-08-2018, 08:13

/ 10 608 dəfə oxundu.
Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO

Məşhur yapon robototexnik Xirosi İsiquro “İbuki” robot-androidi yaradıb.

GunAz.az xəbər verir ki, “İbuki” insanlarla ünsiyyət üçün nəzərdə tutulub və hələ tamamlanma mərhələsindədir.

Amma artıq indi bəzi imkanlarını nümayiş etdirə bilir. “İbuki” 10 yaşlı oğlanı təmsil edir və dörd təkərdə hərəkət edir. Onun hündürlüyü 120 santimetr, çəkisi 37 kiloqramdır.

“Hər kəs robot ola bilər. Məsələn pop-ulduz. Gözəl robot-androidlər heç vaxt yorulmurlar və dayanmadan hitləri icra edə bilər. Qocalmayan androidlər bizə həmişə gənc qalmağa kömək edəcəklər”, - İsiquro bildirib.

“İbuki”nin hərəkətləri insanları xatırladır, amma yüngül yırğalamaya görə bu effekt bir az itir. Androidin belində xüsusi oynaqlar nəzərdə tutulub. Bədənə toplam olaraq 47 mühərrik tikilib. Mühərriklər ona gülümsəməyə, hərəkət etməyə, barmaqlarını tərpətməyə və göz qırpmağa imkan verir.

İsiquro robot-androidin yaradılması və yoxlanması prosesini dərc edib.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ