SON DƏQİQƏ

Çin televiziyasında ŞOK yenilik

Tarix:

31-05-2018, 16:26

/ 10 289 dəfə oxundu.
Çin televiziyasında ŞOK yenilik

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonundakı yerli televiziya kanalı bir ilkə imza atır.

Gunaz.az  xəbər verir ki, süni intellektlə təchiz edilmiş robot xəbər spikeri kimi veriliş aparacaq.

Muxtar vilayətin paytaxtı Nanninqdə yayımlanan “Nanning TV” yeni spiker robot haqqında məlumat verib. Məlumata əsasən, robotun çəkisi 29 kq, boyu isə 121 sm-dir. Robot 6 iyun tarixində ilk efirinə çıxacaq. Robot “Çao Nıng Şiaobay” yəni “super kiçik ağ” adlandırılıb. Danışmağı və rəqs etməyi bacaran robot 4 saatlıq batareya ilə 12 saata qədər hərəkət edə bilir.

скачать dle 12.1

Şərhlər