SON DƏQİQƏ

Baş nazir müəllimlərin maaşı ilə bağlı sərəncam imzaladı

Tarix:3-07-2019, 19:41 Oxunub:2 130

Baş nazir Novruz Məmmədov “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb.

GunAz.az xəbər verir ki, sərəncamın icrası Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırılmaqla həyata keçirilməlidir.

Bu məqsədlə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Prezidentin 2019-cu il 18 iyun tarixli 1259 nömrəli sərəncamına uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 18-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.

Həmin sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<