SON DƏQİQƏ
» » Nazirdən əmr: Yeni dərs ilinin tədris planı təsdiqləndi

Nazirdən əmr: Yeni dərs ilinin tədris planı təsdiqləndi

Tarix:

27-07-2018, 19:37

/ 10 779 dəfə oxundu.
Nazirdən əmr: Yeni dərs ilinin tədris planı təsdiqləndi

Təhsil naziri Ceyhun Bayramov "Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.
GunAz.az-ın  məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünəcək: 
birinci yarımil - 15 sentyabr - 26 yanvar; 
ikinci yarımil - 1 fevral - 14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
5 gün payız tətili (16-20 noyabr); 
5 gün qış tətili (27-31 yanvar);
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ