SON DƏQİQƏ
» » Əsli Kazımova: “Fransa ermənilərə torpaq vermək marağındadırsa, Marseli Ermənistana bağışlasınr”

Əsli Kazımova: “Fransa ermənilərə torpaq vermək marağındadırsa, Marseli Ermənistana bağışlasınr”

Tarix:

21-11-2020, 13:05

/ 5 480 dəfə oxundu.
Əsli Kazımova: “Fransa ermənilərə torpaq vermək marağındadırsa, Marseli Ermənistana bağışlasınr”

"Fransa ermənilərə torpaq vermək marağındadırsa Marsiliyanı Ermənistana bağışlaya bilər”.

Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Fransadakı bəzi dairələr Azərbaycanı Qarabağı Ermənistana "verməyə” çağırır: "Fransa ATƏT-in Minsk Grupunun həmsədr ölkəsi olaraq münaqişənin həllinin onun iştirakı olmadan həll olunmasını həzm edə bilmir. Amma buna rəğmən müharibə zamanı tərəfləri danışıqlar masasına çağıran rəsmi Fransa, bu kimi çağırışları ilə əsl niyyətinin regionda sülh və barışın təmin olunması olmadığını da, bəyan etmiş oldu. Bu məsələni bir dəfə cənab prezidentlə müsahibədə də qaldırmışdılar. Prezident Cənab İlham Əliyev də, onlara  1870-1871-ci illərdəki Fransa-Prussiya müharibəsi nəticəsində Almaniya tərəfindən  fransızlara aid Elzas və Lotaringiya vilayətlərini anneksiya etməsini xatırlatdı. O zaman Fransa öz ərazinin itkisi ilə nəyə görə razılaşmamışdı? Öz torpaqlarını geri almaq və Almaniyadan intiqam almaq naminə Fransada milli fikir və düşüncə dövrü başladı.  Hazırda isə rəsmi Paris Azərbaycanın öz torpaqlarını geri alma, işğaldan azad etmə mücadiləsinə qarşı çıxır. Görünən o ki, ya Makron Fransa tarixini unudub. Amma Fransa ermənilərə bu qədər  torpaq vermək marağındadırsa, "Marseli” Ermənistana bağışlaya bilər.

Partiya sədri qeyd edib ki, bu gün Azərbaycanı terrorçuları zərərsizləşdirməkdə günahlandıran Fransa 1945-ci ildə alman işğalından azad olan Fransına yenidən müstəmləkə mülkiyyətini qoruyub saxlamaq üçün yenidən fəal şəkildə güc tətbiq etməyə başlamışdı. Fransanın  bu kimi adımlarının nəticəsində isə  Vyetnam və Əlcəzairdə milyonlarla insan həlak olmuşdu. Fransa bu gün  Azərbaycanı qınamadan öncə, öz tarixinə bir dönüb baxsın.

Ümumiyyətlə hesab edirəm ki, hazırda Avropada islamafobiya böyük bir etiraz dalğasına çevrilib. Sadəcə Fransa deyil, bir çox Qərb ölkələri, Niderlandı da xüsusi qeyd etmək gərəkir. İslamafobiyanın mərkəzi olaraq isə Türkiyə və Azərbaycanı hədəf alıblar. Hesab edirəm, Qərb ölkələrinin başlatdığı bu tendensiya Fransada başlayan etirazlarla bitməyəcək…”

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ