Conatan Lakot Fransanın Ermənistana yeni səfiri təyin edilib.
GUNAZ.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Fransa prezidenti Emanuel Makron fərman imzalayıb.
Conatan Lakot bundan əvvəl Fransanın Britaniyadakı səfirliyinin müşaviri işləyib.
Qeyd edək ki, Fransanın Ermənistanda bundan əvvəlki səfiri Jana-Fransua Şarpantye olub.