SON DƏQİQƏ

Prezident 2 milyon insanın maaşını qaldırdı

Tarix:

18-06-2019, 23:07

/ 291 dəfə oxundu.
Prezident 2 milyon insanın maaşını qaldırdı

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin maaşları ciddi şəkildə artıb.

GunAz.az xəbər verir ki, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə Prezident minimum əməkhaqqını 40 faizə yaxın artırılaraq, 180 manatdan 250 manata çatdırıb. Bu sərəncam özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin maaşının artımına səbəb olacaq.

Bundan əlavə, Prezidentin digər sərəncamları ilə dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb.

Prezidentin bu sərəncamları ümumilikdə 2 milyondan çox insanı əhatə edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ