SON DƏQİQƏ
» » Sərhədçilərə şad xəbər - Sərəncam imzalandı

Sərhədçilərə şad xəbər - Sərəncam imzalandı

Tarix:

7-03-2018, 18:46

/ 10 391 dəfə oxundu.
Sərhədçilərə şad xəbər - Sərəncam imzalandı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ