SON DƏQİQƏ
» » FHN əməkdaşlarının əmək haqqı artırıldı - SƏRƏNCAM

FHN əməkdaşlarının əmək haqqı artırıldı - SƏRƏNCAM

Tarix:

7-03-2018, 18:42

/ 11 068 dəfə oxundu.
FHN əməkdaşlarının əmək haqqı artırıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı imzalayıb.

Gunaz.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinin bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər