SON DƏQİQƏ
» » İslam dünyası Ramazanın son cüməsində keçiriləcək Qüds gününə hazırlaşır

İslam dünyası Ramazanın son cüməsində keçiriləcək Qüds gününə hazırlaşır

Tarix:

30-05-2019, 14:28

/ 1 935 dəfə oxundu.
İslam dünyası Ramazanın son cüməsində keçiriləcək Qüds gününə hazırlaşır

Müsəlman ölkələrində qeyri-hökumət təşkilatları Ramazanın sonuncu cüməsində qeyd edilən Qüds gününə görə çağırışlar ediblər.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, Fələstin, İraq, İran, Livan, Suriya, Malayziya, İndoneziya, Tunis və Avropa ölkələrində bir sıra qeyri-hökumət təşkilatları insanları Qüds gününə görə nümayişlərə çağırıblar.

Fələstin hərəkatları sabah qeyd ediləcək Qüds gününə görə ərəb dövlətləri və müsəlmanlara çağırış edərək, ABŞ-ın “Yaxın Şərqdə sülhün bərpası” adlı planı haqda xəbərdarlıq ediblər.

Artıq bu gün İran və Türkiyə XİN rəhbərləri ABŞ-ın sözügedən planı haqda xəbərdarlıq edərək, Qüdsün satlıq olmadığını bildiriblər.

Qeyd edək ki, sabah keçiriləcək Qüds günü ABŞ-ın Fələstinlə bağlı planın icrası ilə eyni zamana təsadüf edir. ABŞ hökuməti bundan öncə elan edib ki, “Yaxın Şərqdə sülhün bərpası” planını (və ya əsrin sazişi) ramazandan sonra elan edəcək. Bu planın ilk mərhələsi kimi ABŞ-ın təşkilatçılığı ilə Bəhreyndə gələn ay bir toplantının keçirilməsi, “fələstinlilərin rifahı" üçün madi dəstəklərin cəlb edilməsinə və sair başlanılacaq. Bundan öncə Fələstin muxtariyyətinin lideri Mahmud Abbas da ABŞ-ın Bəhreyn toplantısını boykot edib. Qeyri rəsmi məlumata görə ABŞ-ın fələstinlə bağlı planında Qüdsün statusu, Fələstin dövlətinin təsisi, fələstinli qaçqınların öz yurdlarına dönməsi kimi taleyüklü tələblər yer almayıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ