SON DƏQİQƏ

Türkmənistan prezidenti İlham Əliyevə məktub göndərib

Tarix:23-05-2018, 19:11

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
 
Məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
 
Türkmənistanda Azərbaycan Respublikası ilə hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.
 
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq diləyirəm".
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<