SON DƏQİQƏ
» » Kürd liderdən əvvəl xahişi gəldi: “Ərdogan cəsur...”

Kürd liderdən əvvəl xahişi gəldi: “Ərdogan cəsur...”

Tarix:

25-02-2017, 00:33

/ 4 799 dəfə oxundu.
Kürd liderdən əvvəl xahişi gəldi: “Ərdogan cəsur...”

Sabah Türkiyəyə səfəri nəzərdə tutulan Şimali İraq Kürd muxtariyyətinin başçısı Məsud Bərzani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.

 Türkiyə KİV-inə istinadən xəbər veririlir ki, Ərdoğanı cəsur bir siyasətçi adlandıran kürd lider sülh prosesi üçün Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş və yoldaşlarının sərbəst buraxılmasını istəyib.

"Ərdoğan güclü bir duruş sərgiləyərək kürdlərlə türkləri sülh prosesi ilə birləşdirməyə çalışan tək siyasətçi olmaq istədi. Ancaq, təəssüf ki, Türkiyədə yeni proseslər yarandı. Prezident Ərdoğan cəsur bir siyasətçidir. Sülh prosesi üçün HDP-nin həmsədri Səlahattin Demirtaş və digər millət vəkillərinin sərbəst buraxılması lazımdır”, - deyə Bərzani bildirib.

İraqlı kürdlərin müstəqilliyin tərəfdarı olduğunu deyən Bərzani buna İran və Türkiyənin qarşı olmasına münasibət bildirib: "Referendum bizim təbii haqqımızdır. Bu mövzu, Bağdadla aramızdakı məsələdir. Məsələnin İran və Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Referendumu keçirmək üçün heç kimin icazəsinə ehtiyacımız yoxdur”.(Publika.az)

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ