SON DƏQİQƏ
» » Brilliant Dadaşova çəkilən fotolara münasibət bildirib

Brilliant Dadaşova çəkilən fotolara münasibət bildirib

Tarix:

9-01-2017, 09:53

/ 2 184 dəfə oxundu.
Brilliant Dadaşova çəkilən fotolara münasibət bildirib

Xalq artisti Brilliant Dadaşova kilsədə çəkilən fotolarına münasibət bildirib. 
Milad bayramı münasibətilə kilsədə keçirilən mərasimə qatılan müğənni bildirib ki, bütün dini məbədləri ziyarət edir:
"Hörmətli media nümayəndələri! İsa peyğəmbərə məhəbbəti mənə müqəddəs "Qurani Kərim”i əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram ve hər zaman yanvarın 7-də İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirem. Biz multikulturalizm ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlərə, mədəniyyətlərə dərin  hörmət var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə məscidlərə, xristian ölkəsindəyəmsə kilsələrə getmişəm. İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam. Hətta Hindistanda da dini məbədlərdə olmuşam. Eləcə də pasxa və milad bayramında kilsələr də oluram. Kilsədə xorla dua etmə mərasimini zövqlə dinləyirəm. Hər zaman öz Qurban ve Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Çox təəsüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ