SON DƏQİQƏ

İlham Əliyev fərman imzaladı

Tarix:

20-04-2020, 15:24

/ 2 233 dəfə oxundu.
İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2004) 3.1-ci bəndində "5” rəqəmi "6” rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2272; 2018, № 6, maddə 1201) ilə təsdiq edilmiş "Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.2-ci bəndinin birinci cümləsində "5” rəqəmi "6” rəqəmi ilə və ikinci cümləsində "4” rəqəmi "5” rəqəmi ilə əvəz edilsin.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ