SON DƏQİQƏ
» » Endometrit ilə endometriozun fərqi – Ginekoloji təhlil

Endometrit ilə endometriozun fərqi – Ginekoloji təhlil

Tarix:

14-09-2019, 20:55

/ 1 608 dəfə oxundu.
Endometrit ilə endometriozun fərqi – Ginekoloji təhlil

Hazırda çox qadınlarda diaqnoz olunan, sonsuzluq və bir çox ginekoloji xəstəliklərin səbəbkarı olan endometriozla endometrit səhv salınır. Adlar oxşar olsa da, bu 2 xəstəlik fərqlidir.

GunAz.az hər iki xəstəliyin kliniki simptomlarını və səbəblərini təqdim edir.

1-Endometrit – uşaqlığın endometrial qatının səthi iltihabı prosesidir. Nəticədə uşaqlıq toxumasının transformasiyası yüksəlir, selikli qişasının vəziyyətinə mənfi təsir edir.

Endometrit ayrıca xəstəlik kimi 1975-ci ildən məlumdur. Həkimlərin fikrinə görə, bu xəstəlik qadınlarda reproduktiv funksiyasının aktivliyi dövründə 21-45 yaş arası rast gəlinir.

Yaranma səbəbləri çoxsaylı abortlar, qaşınma, spiral qoyulması, mikrofloranın infeksiyalarıdır.
Xroniki endometrit menstrual tsikldə pozulma, fertilliyin azalması, hamiləlikdə isə sona kimi başa çatdırmaqda problemlər yaradır.
Həmçinin endometrit hamilə qalmağa mane olur, embrionun inkişafını əngəlləyir.

Nədən şübhələnməli: tsikldən kənar uşaqlıq qanaxması, qanlı axıntı, kütlənin gəlməsi, uşaqlıq nahiyəsində küt ağrı olarsa, ginekoloji müayinə və USM-dən keçin.

Həmçinin süni mayalanma prosedurları, cinsi yolla keçən infeksiyalar, uşaqlığın endoskopik müayinəsi, erkən cinsi əlaqə də uşaqlığın tamlığını pozur, infeksiya salır. Uşaqlığa digər orqanlardan mikrob düşməsi, endometriyanın tamlığını pozur.

2.Endometrioz – orqan toxuması selikli qişadan kənara çıxaraq böyüyüb sərhədlərini keçir. Bu xəstəliyin vacib xüsusiyyəti odur ki, endometriy nəinki yaxınlıqdakı toxumalara kimi gedib çıxır, həmçinin damar və limfa şəbəkəsini əhatə edir.

Bu patologiyaya təkan verən səbəblər hələ tibbə tam aydın deyil, ya da səbəblər o qədər çoxdur ki, saymaqla bitmir. Endometrioz uşaqlığa çoxsaylı xaricdən təsir və müdaxilə ilə yaranır.

Çox maraqlı xəstəlikdir: nə şişdir, nə iltihabdır, nə regenerasiyadır.
Xəstəlik tam sağlam, reproduktiv sistemi olan qadınlarda meydana gələ bilir.
Ağrılar cinsi əlaqə, tualetdə və menstruasiya zamanı hiss olunur.

Uşaqlığında mioma, fibrioma, uşaqlıqda qan durğunluğu, menstruasiya zamanı cinsi əlaqə, travma, ağır fiziki yük də endometriozu artırır.
Xəstəlik tam simptomsuz da keçə bilər. Təsadüfən USM –də aşkarlanır.

Qadınlar bu əlamətlərə diqqət yetirsin:

-Aybaşının azalması, həddən artıq çoxalması
-Tsikldən kənar qan gəlməsi
-Kiçik çanaqda ağrı
-Cinsi əlaqədə ağrı
-Sonsuzluq
-İntim istəyin azalması

Endometrioz uşaqlıq borularının tutulmasına da səbəb olur.

Müalicəsi

Bu iki xəstəliyin təsnifatı, əlamətləri, təsiri nə qədər oxşar olsa da, müalicəsi tam fərqli olur.
Endometrit iltihab əleyhinə dərman və antibiotiklərlə uğurla müalicə oluna bilir.
Endometrioz isə cərrahi əməliyyat tələb edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ