SON DƏQİQƏ

Şəfaverici zəncəfilli konfetlər resepti

Tarix:12-09-2019, 20:10

 Yandırıcı, isidici, vitaminli və gümrahlaşdırıcı zəncəfil qışda, yazda, yayda tez-tez istifadə olunmalıdır. Əlinizin altında hazır zəncəfilli-limonlu konfetlərin olması, lazım olanda tez şəfaverici çay və ya içkinin hazırlanması üçün yetərlidir.

Zəncəfilli kubikləri evdə hazırlaya bilərsiz. Hazırlanma qaydasını təqdim edirik. 

Tərkibi:
30 qr zəncəfil kökü
1 ədəd limon
1 xörək qaşığı təmiz bal

Hazırlanması:
Zəncəfil qabıqdan təmizlənir, xırda doğranılır, sonra blenderdə xırdalanır. 

Limon qabıqlı halda doğranılır, blenderdən keçirilir. Bunlar qarışdırılıb, bal əlavə olunur. 

Buz üçün forma qaba bu qarışımdan qoyulur, üzəri qida plyonkarı ilə bağlanılır və buz yerinə qoyulur. Konfetlər bu qabda da buz yerində saxlanıla bilər.

Lazım olanda birini çıxarıb, isti suya atıb əridin və zəncəfilli, limonlu içkiniz hazırdır.

Nuş olsun!

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<