SON DƏQİQƏ

Goranboyda meşədə başlayan yanğın söndürüldü

Tarix:30-10-2020, 18:57 Oxunub:3 460

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşləri nəticəsində Goranboy rayonunda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

FHN-dən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<