SON DƏQİQƏ

Bakıda atəşfəşanlıq olacaq

Tarix:

30-12-2019, 08:56

/ 1 629 dəfə oxundu.
Bakıda atəşfəşanlıq olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il  münasibətilə dekabr ayının 31-i saat 24:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında bildirilir. 

Açıqlamada verilib ki, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulrub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarınin, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.     

Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ