SON DƏQİQƏ

Məmur özbaşınalıqlarının sonu olmalıidi-MÜSAHİBƏ

Tarix:16-05-2020, 08:00 Oxunub:2 723


 

Siyasi partiyaların cəmiyyətdə özünədəstək və nüfuz qazanmasının əsas vacib şərti- xalqa, dövlətçiliyə inamı öz nizamnaməsinəsadiq olmasından keçir. Partiyaların işinitəşkiledən əsas səbəblərdən biri də onların güclüvə xarizmatik liderlərinin olmasıdır.

Silsiləmüsahibələrimizdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiya liderləri ilə bu günkü həyatımızda hakimiyyət tərəfindən aparılanrüşvətxorluğa qarşı mübarizədə, xalqımızın, dövlətimizin gələcəyi ilə bağlıinsanlarımızı düşündürən bu və digər məsələlərdə partiya liderlərinin rolunu, fikirlərini oxucularımıza çatdırırıq.

Növbəti müsahibimiz isə Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğludur.

-Teyyub bəy son dövrdə iqtidar-müxalifət dialoqu yenidən aktuallaşıb. Ancaq bəzi radikal qüvvələr buna müsbət yanaşmır. Sizin də bir partiya sədri olaraq bu məsələyə dair fikirlərinizi bilmək istərdik.

- İstənilən ölkənin, o cümlədən Azərbaycanımızın da müstəqilliyinin, suverenliyinin qorunmasında, ölkədə dayanıqlı sosial-siyasi sabitliyin bərqərar olmasında, sürətli sosial-iqtisadi inkişafa nail olunmasında iqtidar-müxalifət münasibətlərinin əhəmiyyətli rolu vardır. O dövlət güclüdür ki, onun güclü iqtidarı və güclü, vətənpərvər müxalifəti, onların arasında dövlətin inkişafı, möhkəmlənməsi naminə sivil dialoq və sivil mübarizə mövcuddur. Artıq Azərbaycanda çoxpartiyalı sistem formalaşmışdır, müxtəlif yönümlü siyasi partiyalar fəaliyyət göstərirlər. Bu partiyalarla, xüsusilə də, müxalifət partiyaları ilə, iqtidarın münasibətlərinin normal, sivil məcraya yönəldilməsinə ehtiyac vardır. Təkamül Partiyası olaraq son zamanlar iqtidarın bu sahədə atdığı addımları, xüsusilə Prezident Administrasiyasında "Siyasi partiyalar və qanunvericilik orqanları ilə iş” şöbəsinin yaradılmasını müsbət qiymətləndiririk. Şöbənin müdiri hörmətli Ədalət Vəliyevin müxalifət partiyalarının sədrləri ilə görüşlərini iqtidar-müxalifət dialoqunun ilkin addımları hesab və təqdir edirik. Hər şeydən göründüyü kimi, iqtidar-müxalifət münasibətlərinin yaxşılaşdırılması istiqamətində siyasi iradə mövcuddur. Təəsüf ki, koronavirus pandemiyası bu dialoqun davam etdirilməsinə hələlik imkan vermir. Ancaq ümidvarıq ki, postpandemiya dövründə dialoq davam edəcəkdir. Təəssüf ki, bəzi radikal müxalifət partiyaları müxtəlif bəhanələr gətirməklə yenicə start götürmüş iqtidar-müxalifət dialoquna müsbət yanaşmırlar, müxtəlif tələblər irəli sürməklə dialoqdan yayınırlar. Təkamül Partiyası olaraq onların bu mövqeyini yanlış hesab edirik. Onlar unudurlar ki, istənilən sahədə nəyəsə nail olmaq üçün ilkin addımlar atılmalıdır.

- Bəs DTX-nın ölkə ərazisində səlahiyyətli məmurlara qarşı keçirdiyi son əməliyyatlara münasibətiniz necədir?

-Cənab Prezident dəfələrlə belə məmurlara ciddi xəbərdarlıq edirdi ki, çirkin fəaliyyətlərinə son qoysunlar, onların əsas vəzifəsi vətəndaşlara xidmət etməkdir. Ancaq görünən odur ki, bəzi məmurlar nəyə isə arxalanaraq Prezidentin bu xəbərdarlığına məhəl qoymurlar. Təbiidir ki, bu özbaşınalıqların bir sonu olmalı idi.

Məlumdur ki, korrupsiya, rüşvətxorluq dövlətin milli təhlükəsizliyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bunu nəzərə alaraq DTX-nın bu cür neqativ hallara qarşı son zamanlar həyata keçirdiyi tədbirləri müsbət qiymətləndiririk və bunun davamlı olacağına inanırıq. Heç kəsə sirr deyil ki, yüksək çinli məmurların çoxu bir-biri ilə yaxın qohumluq əlaqələrinə malikdirlər. Və bu əlaqələrə arxalanaraq özlərinin toxunulmaz olduğunu düşünürlər. İnanırıq ki, DTX korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına, qanun pozuntularına qarşı mübarizə apararkən bu əməlləri törədənin kimliyini deyil, əməllərinin nəticələrini nəzərə alacaqdır.

- Prezident dəfələrlə çıxışında ictimai nəzarətin güclü olmasına toxunub. Sizin partiyanın bununla bağlı rolu nədən ibarət ola bilər?

-Nəzarətin müxtəlif formaları vardır: dövlət nəzarəti, ictimai nəzarət, siyasi partiyaların nəzarəti və s. Ölkədə baş verən qanun pozuntuları ilə mübarizədə əsas, həlledici rol iqtidara məxsusdur. İctimai nəzarət, siyasi partiyaların nəzarəti yardımçı rol oynaya bilər. Bu sahədə siyasi, xüsusilə də, müxalifət partiyalarının, rolu ölkədə baş verən qanun pozuntularını ictimailəşdirməkdən, bu pozuntuların aradan qaldırılması üçün təklif və tövsiyələr verməkdən, onların həyata keçirilməsi üçün öz köməyini təklif etməkdən ibarət ola bilər. Təkamül Partiyası olaraq fəaliyyətimizin bütün dövrü ərzində məhz bu istiqamətdəçalışmışıq və davam etmək əzmindəyik.

- Ümumiyyətlə Azərbaycanda gedən ictimai-siyasi proseslər sizi və partiya üzvlərinizi qane edirmi?

-Ölkədə azad, demokratik cəmiyyətin, sivil ictimai-siyasi mühitin formalaşması bir günün işi deyil. Onun müəyyən zamana ehtiyacı vardır. Və bunlar təkcə iqtidardan asılı məsələlər deyil. Bütövlükdə cəmiyyət də, ayrı-ayrı vətəndaşlar da buna hazır olmalıdır. Hər bir vətəndaş başa düşməlidir ki, onun azadlığının, hüquqlarınınsərhədi başqalarının azadlığının, hüquqlarının sərhədinə toxunana qədərdir. Azadlıq, istədiyin hərəkəti etmək kimi başa düşülməməlidir. Hüququ tələb edəndə məsuliyyət, borc, birgəyaşayış qaydaları, qanunçuluq yaddan çıxmamalıdır.Təəsüf ki, bizlər bu sahədə hələ çox iş görməliyik. Azərbaycan gənc dövlətdir. Buna baxmayaraq, qısa müddət ərzidə ölkəmizdə ictimai-siyasi proseslərin yaxşılaşması, demokratiyanın inkişafı, sivil vətəndaş cəmiyyətinin formalaşması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Ümidvarıq ki, bu istiqamətlərdə işlər ardıcıl olaraq davam edəcəkdir. Hesab edirik ki, mövqeyindən asılı olmayaraq bütün siyasi partiyalar bu məsələlərdə dövlətin yanında olmalıdır.

 

Bilman İSAQ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<